Hüceyrədəki zülal sintezi

Qida yoluyla qəbul edilən zülallar birbaşa insan bədəninin tərkib hissəsinə çevrilməzlər. Əvvəlcə, hüceyrədəki xüsusi laboratoriyalara aparılar və burada "amin turşusu" adlanan daha kiçik molekullara parçalanarlar. Daha sonra isə, bu amin turşuları, hüceyrə DNT-sində şifrləri mövcud olan 200.000-ə qədər zülal növündən həmin anda lazım gələnləri əmələ gətirmək üçün, yeni formalarda düzülərlər. Hər mərhələsi ayrı bir möcüzə olan bu mürəkkəb əməliyyatlar ardıcıllığı "zülal sintezi" adlanar. Bu əməliyyatlar arasında da onlarla ara əməliyyat icra olunar. Bu əməliyyatlar, insanın gündəlik həyatında, özünün heç xəbəri olmadan, bədənindəki 100 trilyon hüceyrənin demək olar ki, hamısında hər an təkrarlanar.

Gözlə görülə bilməyən nəhəng fabrik
Bu mövzunu daha yaxşı anlaya bilmək üçün, fabrik nümunəsini xatırlayaq; hüceyrə daxilində zülal sintezi üçün yaradılmış nizamı nəhəng bir fabrikə bənzətmişdik. Bu nəhəng fabrik yüzlərlə növ məhsulu, məsələn, reaktiv təyyarəni, televizoru, kosmik gəmini, dializ aparatını, həmçinin bunların minlərləsini eyni anda istehsal edə bilər. Əlbəttə, yer üzündə bu qədər fərqli məhsulu mükəmməl şəkildə istehsal edə biləcək fabrik yoxdur. Lakin biz hüceyrədəki istehsal prosesinin mükəmməlliyini izah edə bilmək üçün, hüceyrə ilə bənzər xüsusiyyətlərə və qabiliyyətlərə sahib elmi-fantastik bir fabrik modeli xəyal edək.

Belə nəzəri bir fabrik bu cür işləməlidir: Fabrik kənardan gələn bir əmrlə, məsələn, bir döyüş təyyarəsi qayırmaq qərarı verər. Təyyarənin texniki hesabları digər bütün məhsulların texniki ölçü və hesablarıyla birlikdə fabrikin kompyuterdə saxlanmışdır. Kompyuter bütün bu hesab və ölçü məlumatlarını quraşdırmaq və istehsal robotlarının anlaya biləcəyi planlara çevirər. Bu planlar xüsusi rabitə sistemiylə quraşdırma robotuna göndərilər.

Quraşdırma sistemi diqqətlə təyyarəni qayırmağa başlayar. Təyyarənin hər bir hissəsi, təkcə həmin hissədən məsul olan mütəxəssis tərəfindən quraşdırma robotuna gətirilər və əlaqədar yerlərə quraşdırılar. Ediləcək ən kiçik səhv təyyarənin düşməsinə səbəb olacaq; lakin sistem səhv etməz. Müstəsna halda, xətalı bir məhsul istehsal edilsə, bu məhsul həssas kontroller tərəfindən tezliklə müəyyənləşdirilər və mütləq dövrədən kənarlaşdırılar. Üstəlik, xətalı məhsul, hissələrinə ayrılaraq bu hissələrdən təkrar istehsal prosesində yenidən istifadə olunar. Heç nə israf edilməz. Fabrik eyni mühitdə, yüzlərlə təyyarə, dializ aparatı, kompyuter, avtomobil kimi bir-birindən fərqli məhsulları eyni anda çıxara bilir. Bu məhsulların bəzilərindən özü istifadə edər, bəzilərini isə satar.

Hüceyrədəki təşkilatlanma bu elmi-fantastik nümunədən olduqca mükəmməldir. Başda da ifadə etdiyimiz kimi, insan bədənində bir-birindən fərqli 200.000 zülal növündən istifadə edilir və bunların hamısı hüceyrələrdə sintez olunur. Bütün hüceyrələrdə bütün zülalların istehsal planları mövcuddur. Buna baxmayaraq, hüceyrə yalnız öz daxilində istifadə edəcəyi və kənara göndərəcəyi zülallara dair məlumatı öz DNT-sindən seçər və bunun əsasında sintez edər. Sintez edilən zülallar arasındakı funksional fərqlər isə, ən azı bir təyyarə ilə televizor arasındakı fərq qədər böyükdür.

 

Zülal sintezi necə baş verir?
- Bədəndə hər hansı bir zülala ehtiyac duyulduğu zaman, bunu sintez edəcək hüceyrə və ya hüceyrələr bir sıra mürəkkəb əməliyyatlar icra etmək üçün fəaliyyətə keçərlər. Bu, hüceyrənin öz daxilində istifadə edəcəyi və ya özündən kənarda istifadə edilmək üçün, göndərəcəyi bir zülal növü ola bilər. Öz daxili quruluşu ilə əlaqədar bir zülalının sintezinə hüceyrə özü qərar verdiyi halda, kənarda istifadə ediləcək bir zülalın sintezi üçün o hüceyrəyə zülal kimi xüsusi elçilərlə xəbərdarlıq gələr.

- Qeyd olunan zülalın quruluşu barəsində hər cür məlumat hüceyrənin nüvəsindəki DNT-də şifrlənmişdir. Sintez ediləcək zülalla əlaqədar bütün lazımi məlumatlar bir xeyli fermentin köməyi ilə DNT-dən nüsxəsi çıxarılaraq DNT üzərində zolaq halında bir RNT molekulu əldə edilər. Artıq zülal, RNT-nin DNT-dən nüsxəsini çıxartdığı bu məlumatlar əsasında sintez olunacağı üçün, bu RNT məlumat RNT-si (mRNT) adlandırılar.
- Məlumatları alan məlumat RNT-si, hüceyrənin əsas istehsal maşını olan ribosomlardan birinə üz tutar. Ribosom, məlumat RNT-sinin zolağının başlanğıc ucundan məlumatları oxumağa başlayar. DNT-dəki üç hərfdən ibarət olan şifrlərin hər biri zülal zəncirinin halqalarından olan bir amin turşusunu təmsil edər.
- Ribosom, məlumat RNT-sindən öyrəndiyi düzülüş qaydası əsasında halqaları (amin turşuları) birləşdirər və zənciri meydana gətirər.
- Ribosoma halqaları (amin turşularını) tək-tək, nəqliyyat RNT-si (n-RNT) adlı molekullar gətirər. Hər nəqliyyat RNT-si özünə məxsus xüsusi bir halqanı (amin turşusu) daşıyar. Nəqliyyat RNT-sinin bir ucunda daşıdığı amin turşusu, digər ucunda isə, yükünü qoyacağı ünvanı yazan şifr (antikodon) mövcuddur.
- Ribosoma gələn nəqliyyat RNT-si əlindəki ünvanın təsvir etdiyi məlumat RNT-sinin qəlibinə əyləşər. Üzərindəki amin turşusunu buraxar və ribosomdan ayrılar. Ribosom qəlib üstündə bir şifr (üç hərf) sürüşər. Yeni şifrin ünvanına sahib digər bir daşıyıcı RNT gəlib qəlibə oturar və o da öz amin turşusunu buraxar. Qəlibdəki bütün şifrlər oxunduqda amin turşuları bir-birləriylə bağlanmış və zülal molekulu meydana gətirmiş olar.

Sizin də təxmin edəcəyiniz kimi, yuxarıda bir neçə cümlə ilə, mümkün qədər ümumi şəkildə qeyd etdiyimiz bu proses əslində olduqca mürəkkəb ara əməliyyatlar nəticəsində icra olunar. İncəliklərə getdikcə görülən möcüzəvi əməliyyatlar ağlın qavrama hüdudlarından çox kənara çıxır. Həmçinin bizi bəzi çox mühüm suallarla qarşı-qarşıya qoyur.

İlk sual zülal sintezinin ilk anında ağla gəlir. Gözlə görülə bilməyən, şüursuz molekullardan ibarət olan hüceyrə, hansı iradə ilə bir şey sintez etmə qərarı verir? Çünki qərar vermə qabiliyyəti, düşünə bilən, qiymətləndirmə apara bilən şüurlu canlılara məxsus bir xüsusiyyətdir. O zaman, karbon, hidrogen, oksigen və azot atomlarından meydana gəlmiş molekullar necə qərar vermə qabiliyyətinə sahib ola bilərlər. Əlbəttə ki, bu qabiliyyətin sahibi şüursuz molekullar deyil, bu qərarı verib hüceyrəyə ilham edən, hüceyrəni də bu qərar əsasında işlədən başqa bir güc sahibi var.

Qərar mərhələsindən sonra sıra məlumat RNT-sinin DNT-dəki məlumatları oxumasına gələr. RNT-in sintezindən məsul olan ferment DNT pilləsindən yalnız istənilən zülala məxsus məlumatı tapar. Bəlkə də, "tapar" demək asandır, lakin bəhs etdiyimiz əməliyyat fövqəladə dərəcədə çətindir. Çünki, DNT-dəki lazımi məlumatı tapmaq, 900 pilləlik bir məlumatı 5 milyard pillə arasından tapıb çıxartmaq deməkdir. Bu, 20 cildlik bir ensiklopediyanın, hər hansı bir səhifəsində qeyd olunmuş, yarım sətirlik xüsusi bir yazını, heç bir tərif olmadan həmin anda tapmağa bənzəyər. Buna baxmayaraq, bu problem hüceyrədə yenə ağlasığmaz bir üsulla həll edilmiş və lazımi asanlıq təmin edilmişdir: DNT üzərindəki lazımi hissə müəyyən başlanğıc və bitmə kilidi ilə işarələnilmişdir. Ferment bu kilidləri tapar.

Yenə bir sualla qarşılaşırıq; təkcə fermentin anlaya biləcəyi bu kilidləri tam lazımi yerlərə kim yerləşdirmişdir? Yaxud fermenti, gələcəkdə bu kilidləri tanıyacaq xüsusiyyətlərə sahib şəkildə kim yaratmışdır?

Şübhəsiz ki, bu sualların cavabı aydındır: Bu mükəmməl sistemləri yaradan, hər incəliyi olmalı olduğu yerə yerləşdirən və bütün bunların bir-biriylə uyğunluq içində işləməsini təmin edən, bütün canlıların Yaradıcısı olan sonsuz elm sahibi uca Allahdır.

 

Hər cür lazımi tədbir
Fermentlər bu əməliyyatlar əsnasında, təkcə əlaqədar məlumatı tapmaqla kifayətlənməz, həmçinin bu məlumatın nüsxəsinin sürətlə çıxarılmasını da təmin edərlər. Həmçinin, bəzi fermentlər çox mürəkkəb quruluşa sahib olan DNT-nin nüsxəsinin çıxarılması əsnasında yarana biləcək problemlərin qarşısını alarlar. DNT-nin bükülmüş və sarılmış bir nərdivan kimi olduğuna toxunmuşduq. Nüsxə çıxarılan vaxtı, DNT-dəki məlumatların oxuna bilməsi üçün, pillələr bir ferment tərəfindən açılar. Bu açılma elə sürətlə baş verər ki, DNT-nin sürtünmədən ötrü isinib yanma təhlükəsi yaranar. Lakin bu təhlükə də əvvəlcədən alınmış bir tədbir sayəsində aradan qaldırılar. Xüsusi bir ferment DNT-nin oxunan spiralını iki ucundan tutaraq bu sürtünməyə imkan verməz. Yenə xüsusi fermentlər sayəsində DNT-nin nüsxəsi çıxarılan zaman, açılma vaxtı, bir-birinə dolaşmasının və dolam-dolaşıq olmasının qarşısı alınar.

Bu qədər mürəkkəb və çətin işi görən fermentlərin də bir zülal olduğunu və eyni üsulla, yəni zülal sintezi ilə hüceyrə tərəfindən sintez olunduqlarını xatırlayaq. Bu sintezin bir dəfə belə baş verməsi üçün, bütün fermentlər, fermentləri işlədəcək vitaminlər, köməkçi zülallar, enerji mənbələri, lazımi genetik məlumat və sintez prosesini icra edəcək orqanoidlərin hamısı eyni anda və bir yerdə mövcud olmalıdır. Birinin çatışmaması belə bütün mexanizmi işə yaramaz hala gətirər.

Dolayısilə, dünyadakı ilk hüceyrə, bütün hissələriylə birlikdə bir anda "əmələ gəlmiş" olmalıdır. Şübhəsiz ki, bu, hüceyrənin yaradılmış olması deməkdir. Bu, canlıların mərhələ-mərhələ baş verən təsadüflər nəticəsində əmələ gəldiyini iddia edən təkamülçülər baxımından əsla izah oluna bilməyəcək bir vəziyyətdir. Təkamülçülərin bu çarəsizliyi, təkamülçü elm adamları Fred Hoyl (Fred Hoyle) və Çandra Vikramasinq (Chandra Vickramansinghe) tərəfindən belə etiraf edilir:

…Həyat təsadüfi başlanğıca sahib ola bilməz. Kainatdakı bütün meymunları bir yazı makinasının qarşısına əyləşdirsəniz və bu meymunlar təsadüfi şəkildə onun düymələrinə bassalar, bu meymunlardan biri belə, əsla Şekspirin bir əsərini meydana gətirə bilməz. Hətta faktiki cəhətdən korlanan kağızların atılması üçün, lazım gələn zibil qutularının çatmamasından ötrü də bu qeyri-mümkündür. Eyni müddəa canlı maddələr üçün də doğrudur. Həyatın cansız maddədən öz-özünə meydana gəlmə ehtimalı görmək üçün, 1-in yanına 40.000 ədəd sıfır yazın. Məhz həyatın cansız maddədən öz-özünə meydana gəlmə ehtimalı bu ədəddə bir ehtimaldır… Əgər insan, ictimai inanclarından ötrü və ya "elm təkamülə inanmalıdır" şəklindəki meylindən ötrü, ön mühakiməyə qapılmayıbsa, bu sadə hesablama Darvini və bütün nəzəriyyəni dəfn etmək üçün, kifayət qədər qeyri-mümkün bir ədəddir. Nə bu planetdə, nə də başqasında, heç bir primitiv şorba yox idi və həyat təsadüfən yaranmadığına görə, bu zaman müəyyən məqsədə xidmət edən bir ağlın məhsuludur.

 

İstənilməyən şifrlər tapmacası
Bəzi hüceyrələrdə RNT, DNT-nin nüsxəsini çıxardarkən təəccüblü hadisələr baş verər. RNT-ni sintez edən ferment, sintez ediləcək zülalla əlaqədar DNT-dəki şifri ardıcıllıqla oxuyub nüsxəsini çıxardarkən, bəzən həmin sintez prosesi üçün tələb olunmayan bəzi şifrlərlə də qarşılaşar. Bundan ötrü də, ferment, nüsxə çıxartma ardıcıllığında ehtiyacı olan DNT hissəsini ardıcıllıqla oxuduqda, ehtiyacı olmayan məlumat hissəsini də oxumaq məcburiyyətində qalacaq. Həmçinin, lüzumsuz yerə oxunulan tək bir məlumatın belə sintez ediləcək zülalı tam işə yaramaz hala gətirəcəyi də unudulmamalıdır.

Fermentin qarşılaşdığı bu problemi bir qədər daha yaxından araşdıraq: Tutaq ki, 1000 amin turşusuna malik bir zülal sintez ediləcək. Hər amin turşusu 3 şifrdən ibarət olunduğundan, bu əməliyyat üçün vəzifəli ferment, DNT üzərində ardıcıllıqla 3 min pilləlik şifr zəncirini oxumalıdır. Lakin DNT-nin üzərindəki 3 min şifrin arasında fermentin ehtiyacı olmayan, məsələn, 5 yüz şifr, bütöv halda araya qarışmış olar. Ferment bu 5 yüz pillənin üstündən keçə bilməz. Lakin, irəlidəki məlumatlara çata bilmək üçün də, bu 5 yüz pillənin üzərindən bunların nüsxəsini çıxartmadan keçməlidir. Halbuki üstündən keçsə, istər-istəməz bu lüzumsuz məlumatların da nüsxəsini çıxartmalı olacaq. Ferment nəhəng DNT molekulunu kəsə bilməz, üzərindən də atlaya bilməz. Çıxış yolunun nə olduğunu təkrar sizdən, ağıl sahibi bəşər oğlundan soruşaq. Siz olsanız bu problemi necə həll edərdiniz?

Elm adamları son illərdə apardıqları tədqiqatlarda bu problemin çox təəccüblü şəkildə həll edildiyini müşahidə ediblər. DNT molekulu, yəni fosfat, şəkər və karbon kimi bəsit maddələrdən əmələ gəlmiş DNT molekulu, heyrətamiz bir hərəkət nümayiş etdirər. Ekzon adlı oxunması istənilməyən şifr ardıcıllığını kənara doğru qıvırar. Beləliklə də, ardıcılı oxunması lazım gələn, lakin arada lüzumsuz şifrlərin olmasından ötrü bir-birlərindən uzaqda qalan iki şifr ardıcıllığının ucları birləşər. Lazımi məlumatların olduğu hissə intron adlandırılar. DNT molekulunu oxuyan ferment kənarda qalan lüzumsuz məlumatı oxumadan molekulun bükülüb bir-birinə yaxınlaşdığı nöqtədən qarşı tərəfə keçər və oxuma prosesini davam etdirər. Təxmin ediləcəyi kimi, bu hadisələrin hər pilləsində bir çox kimyəvi reaksiya baş verər. Lakin bu reaksiyaların baş verdiyi, kiçicik hüceyrə nüvəsinin daxilində ən kiçik qarışıqlıq və ya xaos yaşanmaz.

İstənilməyən şifrlər probleminin qarşısını ala bilmək üçün, ikinci bir üsuldan daha istifadə edilər. RNT əvvəlcə lüzumsuz şifrlər də daxil olmaqla, genin nüxəsini başından sonuna DNT-dən çıxardar. Daha sonra, bir əmrə itaət edərmiş kimi, öz üzərindəki lüzumsuz şifrləri bir halqa şəklində kənara doğru bükər və bu hissə qopardılıb atılar. Bəs RNT-yə, başlanğıcda nüsxəsini çıxartdığı halda, sonradan kəsilib atılan şifrlərin lüzumsuz olduğunu kim xəbər verər? Əvvəlcə bu hadisələrin gerçəkləşə bilməsi üçün, istifadə edilən ferment, DNT və RNT bir-birlərini çox yaxşı tanımalıdırlar. Ferment görəcəyi iş üçün, çox yaxşı "təhsil" almış olmalıdır. Məsuliyyətini bilməli və işini görə bilmək üçün digər fermentlərlə tam əməkdaşlıq içində hərəkət etməlidir. DNT isə, ayrı bir canlı kimi qərar verə bilməli, sahib olduğu bəzi məlumatları fermentə təqdim edərək, vəziyyətə görə bəzilərini saxlamalı və fermentə yol göstərməlidir. Əlbəttə ki, həm fermentlər, həm də DNT, sintez ediləcək zülalın nə işə yaradığını bilməli, onu sintez etmək istəməli və bütün bu mürəkkəb hesablamaları aparmaqla, plan qurub bunu müvəffəqiyyətlə tətbiq etməlidirlər.

Halbuki "bilmək", "hesablamaq", "istəmək" və "yaratmaq" kimi xüsusiyyətlərin bu kiçik molekul yığınlarında ola bilməyəcəyi aydın məsələdir. Bu xüsusiyyətlər sonsuz qüdrət sahibi olan Allahın sifətləridir. Allah bu sifətlərini, bütün kainatda göstərdiyi kimi, gözlə görülə bilməyən bir hüceyrənin nüvəsindəki cansız bir molekulda da göstərir. Bir qədər ağıl sahibi bir insan bu sistemin yaradıldığını və kainatdakı digər bütün sistemlərin olduğu kimi, hüceyrənin də Allahın mütləq nəzarəti altında olduğunu anlayar.
Quranda Allahın bütün varlıqları üzərindəki hakimiyyəti belə bildirilmişdir.

Elə bir canlı yoxdur ki, Allah onun alnından tutub idarə etməsin. Həqiqətən, mənim Rəbbim dosdoğru bir yol üzərindədir (dosdoğru yolda olanı qorumaqdadır). (Hud surəsi, 56)

 

Sifarişin hazırlanması
Əvvəlki başlıqda sadaladığımız əməliyyatlar nəticəsində sifariş üçün lazımi məlumatlar DNT-dən məlumat RNT-sinə (mRNT) fermentlər sayəsində yazılmışdır. İndi sıra ribosomun, DNT-nin özündən istədiyi sifarişi hazırlamasındadır. Ribosom elə bir fabrikdir ki, tam, özünə sifariş verilən molekulu emal edər. Sifariş verilən molekulun quruluş planı da mRNT molekulundadır. mRNT, DNT-dən öz üzərinə köçürtdüyü məlumatla birlikdə nüvədən çıxar və sitoplazma daxilindəki ribosomlardan birinə gedərək ona birləşər. mRNT-dəki hər şifrin qarşılığı olan amin turşusu, mühitdən daşıyıcı başqa bir növ (nRNT) RNT tərəfindən ribosoma gətirilər və uyğun yerə yapışdırılar. nRNT-in bir ucunda mRNT-dəki şifrlərdən birinin cütü, digər ucunda isə, bu şifrin təmsil etdiyi amin turşusu molekulu yerləşər. Beləliklə də, nRNT, öz şifrinin cütü olan mRNT üzərindəki şifrlə birləşdikdə, avtomatik şəkildə bunun daşıdığı amin turşusu da doğru sıraya yerləşmiş olar.

İstifadə edilən 20 fərqli amin turşusu üçün 20 fərqli daşıyıcı RNT var. Hər amin turşusu, ancaq öz daşıyıcısı olan RNT ilə birləşə bilər. Çünki bir-birlərinə birləşə bilmələri üçün, üçölçülü strukturları qarşılıqlı surətdə xətasız olaraq bir-birlərinə oturmalıdır. Minlərlə atomdan əmələ gələn bir daşıyıcı və amin turşusunun bir-birlərinin quruluşlarına uyğun yaradılmaları Allahın yaratmasındakı uyğunluq və mükəmməlliyin dəlillərindəndir. Çünki O; "mükəmməl şəkildə yaradan"dır (Bari). (Həşr surəsi, 24)

Zülal sintezinin həyata keçirildiyi ribosomlar, özlərinə gələn mRNT üzərində yazılmış məlumata əsaslanaraq yüzlərlə və minlərlə amin turşusu molekulunu bir-birinə əlavə edər və istənilən polipeptid zəncirini (zülal molekulunu) yaradarlar. Bu molekula, mRNT-dəki plana daxil olmayan tək bir amin turşusu belə əlavə olunmaz. Yaxud hər hansı bir amin turşusu plandakı yerindən ayrı bir yerə yerləşdirilməz, heç biri də əskik qoytulmaz. Bu səhvlərdən hər hansı biri edilsə, istənilən zülal molekulu deyil, bunun əvəzinə istənilməyən başqa bir zülal molekulu, yəni yad bir zülal sintez edilmiş olar. Halbuki orqanizm və hüceyrələr yad zülallara dözə bilməzlər. Onlara qarşı anticisimlər əmələ gətirər və allergik reaksiyalar göstərərlər.
Hüceyrədəki digər işçilər kimi ribosom da, atomlardan əmələ gəlmiş cansız yığındır. Lakin bu zülal yığını, özündə olması mümkün olmayan ağılla, yəni Allahın yaratmasıyla, minlərlə növ məhsulu bir çox mürəkkəb əməliyyat nəticəsində sintez etməyi bacarar.

Hüceyrədə, DNT-dəki məlumat əsasında yalnız tək bir zülalın sintez edilməsi üçün, bir-biriylə uyğunluq içində çalışan ən azı 75 köməkçi molekula ehtiyac var. DNT-dən məlumatın nüsxəsinin çıxarılması vaxtı, vəzifə yerinə yetirən fermentlər isə, bu ədədin xaricindədir.
Sintez olunmuş hər zülal molekulunun, son amin turşususu da yerinə yerləşib hamısının tamamlandığı, hüceyrənin (daha doğrusu ribosomun) bir son təftişçi tərəfindən təsdiqlənmədikcə, bu sintez prosesi bitmiş sayılmaz. Əgər son anda belə bir çatışmazlıq yaransa, "bu qədəri düzgün sintez olundu, bu da belə sintez olunsun" deyib plandan kənar bir molekul mühitə göndərilməz. Çünki belə bir anlayış hüceyrədəki zülal sintezi prosesinin plandan kənara çıxmasına və hesabsızlığa sürükləyər, həmçinin nəzarət sistemini korlayar və hüceyrəni məhv edən bir qarışıqlığa sürükləyər. Bu vəziyyət hüceyrədə ancaq patoloji hallarda, bəlkə ölərkən yarana bilər.

Normal vəziyyətdə və sağlam bir hüceyrədə, tam və mükəmməl quruluşa malik olmayan bir molekul dərhal müəyyən parçalayıcı fermentə təslim edilər. Beləliklə də, bu ferment, onun bir çox və ya bütün peptid əlaqələrini qopardar. Yəni molekulu amin turşularına və ya çox qısa və zərərsiz kiçik polipeptid zəncirlərinə parçalayar. Başqa sintez proseslərində istifadə edilə biləcək təməl elementlər halında sərbəst buraxar.

Hüceyrədəki bu sistem təkamülçüləri belə heyrətləndirir. Təkamülçü bir akademik və hüceyrə mütəxəssisi olan prof. dr. Müəmmər Bilgə (Muammer Bilge) də aşağıdakı ifadələrində heyrətini gizlədə bilmir:

Bütün bu nəticələri lazım gəldiyi kimi təmin edə bilən, özü üçün təhlükə və itki yaratmayan, çıxılmaz vəziyyətlərə girməyən hüceyrədə, zülal sintezi sənayesinin, çox mükəmməl təşkilatlanma və uzaqgörənliklə davam etdiyini deyə bilərik... Hüceyrədə bütün bunlar belə olar. Lakin bunların necə bacarıldığını və öhdələrindən necə gəlindiyini, hələ də tam anlaya bilmirik. Təkcə nəticələri görürük və bu nəticələri təmin edən mükəmməl təşkilatlanmanın ancaq müəyyən yerılərini görə bilirik.

 

Canlılar təsadüfən əmələ gələ bilməz
Təkamül nəzəriyyəsi, canlıların ilk pilləsi olan zülalın necə əmələ gəldiyini necə izah edir?
Cavab sadədir; təkamül nəzəriyyəsi zülalın necə əmələ gəldiyini hər hansı yolla izah edə bilmir. Təkamülçülərin söylədikləri tək şey, zülalın təsadüf nəticəsində əmələ gəlməsindən ibarətdir.
Bu iddianın əsassızlığını araşdırmaq, bizə təkamülün nə qədər böyük saxtakarlıq olduğunu çox heyrətamiz şəkildə göstərər.

Bunları düşünmək lazımdır; primitiv dünya kimi mümkün qədər ən nəzarətsiz mühitdə "ilk" zülal molekulu, görəsən təkamülçülərin iddialarına görə necə təsadüfən əmələ gəlmiş ola bilərdi? Amin turşuları, istənilən mənfi təsirin olduğu primitiv dünya şəraitində necə "təsadüfən" düzülə bilərdi?

Üstəlik, tək bir zülalın əmələ gəlməsi belə kifayət etməyəcək, bu nəzarətsiz mühitdə başına heç bir şey gəlmədən özü kimi eyni şəraitdə təsadüfən əmələ gələcək başqa bir molekulu daha gözləməli olacaqdı. Ta ki hüceyrəni əmələ gətirəcək milyonlarla uyğun və lazımi zülalın, həmişə "təsadüfən" eyni yerdə yan-yana əmələ gəlməsinə qədər... Həmçinin əvvəlcədən yaranan zülallar da, həmin mühitdə ultrabənövşəyi şüalar və güclü mexaniki təsirlərə baxmayaraq, hər hansı korlanmaya məruz qalmadan, səbirlə minlərlə, milyonlarla il tam yanlarında digər zülalların təsadüfən əmələ gəlməsini də gözləməliydilər. Sonra kafi sayda və eyni yerdə, özü də tamamilə təsadüflər nəticəsində əmələ gəldiyi iddia edilən bu zülallar mənalı formalarda bir yerə toplanaraq hüceyrənin orqanoidlərini meydana gətirməliydilər. Aralarına heç bir yad maddə, zərərli molekul və işə yaramaz zülal zənciri də qarışmamalıydı. Sonra bu orqanoidlər olduqca münasib və əlaqəli şəkildə, müəyyən plan və nizam əsasında bir yerə toplanıb, bütün lazımi fermentləri də yanlarına alıb bir membranla örtülməli, həmçinin bu membranın içi də bunlar üçün ideal mühiti təmin edəcək xüsusi maye ilə dolmalı idi.

Məhz bütün bu qeyri-mümkün hadisələr baş versəydi belə, əmələ gələn molekul yığını yenə də canlana bilməzdi.

Tədqiqatlar göstərmişdir ki, həyatın başlaması üçün, təkcə canlılarda olması lazım gələn maddələrin bir yerə toplanmış olması kifayət deyil. Həyat üçün lazım gələn bütün zülalları toplayıb bir sınaq şüşəsinə qoysaq belə, yenə də bir canlı yaratmağı bacara bilmərik.
Çünki həyat, orqanizmi meydana gətirən hissələrin və ya molekulların bir yerdə olmasından olduqca kənar, metafizik bir anlayışdır. Həyat, Allahın "Hayy" (həyat sahibi) sifətinin əks olunmasıdırlk. Təkcə O istədiyi təqdirdə başlayar, davam edər və bitər. Hər şey kimi həyat da, Allahın təkcə bir dəfə "ol" deməsi ilə meydana gələr.

Təkamül nəzəriyyəsi, nə canlılar üçün lazımi vəsaitin meydana gəlməsini və bir yerə toplanmasını, nə də canlıların necə yarandığını izah edə bilir...

Biz yenə də bir anlığa bu qeyri-mümkün halların gerçəkləşdiyini qəbul edək; milyonlarla il əvvəl, yaşamaq üçün hər cür vəsaiti əldə etmiş bir hüceyrənin əmələ gəldiyini və müəyyən yolla "həyat sahibi" olduğunu fərz edək. Lakin təkamül yenə süqut edir: Bu hüceyrə bir müddət yaşasa da, sonunda öləcək və öldükdən sonra ortada heç nə qalmayacaq, hər şey ən başa qayıdacaq. Çünki genetik sistemi olmayan bu ilk canlı hüceyrə, özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra geridə yeni bir nəsil qoya bilməyəcək, canlılar da bunun ölümüylə birlikdə yox olacaq.

Genetik sistem isə, təkcə DNT-dən ibarət deyil. Bu şifri DNT-dən oxuyacaq fermentlər, bu şifrlərin oxunmasıyla əmələ gətiriləcək mRNT, mRNT-nin bu şifr əsasında sintez üçün üzərinə bağlanacağı ribosom, ribosoma sintez prosesində istifadə ediləcək amin turşularını daşıyacaq daşıyıcı bir RNT və bunlar kimi saysız ara əməliyyatları təmin edən olduqca mürəkkəb fermentlər də eyni mühitdə mövcud olmalıdır. Həmçinin belə bir mühit, təkcə hüceyrə kimi, bütün lazımi xammal və enerji imkanlarının olduğu, istənilən cəhətdən təcrid edilmiş və tamamilə nəzarət olunan bir mühitdən başqası ola bilməz...

Nəticədə üzvi bir maddə, təkcə bütün orqanoidləriylə birlikdə tam formalaşmış bir hüceyrə halında mövcud olduğu təqdirdə özünü çoxalda bilər. Bu da hüceyrənin, inanılmaz dərəcədəki mürəkkəb quruluşuyla, "bir anda" yaranması deməkdir.

Bəs mürəkkəb bir strukturun, "bir anda" əmələ gəlməsi nə deməkdir?
Bu sualı bir də belə bir nümunə verməklə soruşaq; hüceyrəni, mürəkkəbliyi baxımından təkmilləşmiş bir avtomobilə bənzədə bilərik (hətta hüceyrə, mühərriki və bütün texniki təchizatına baxmayaraq, avtomobildən olduqca mürəkkəb və təkmilləşmiş bir sistemə malikdir). İndi isə, bu sualı verək: Bir gün balta girməmiş bir meşənin dərinliklərində gəzintiyə çıxsanız və ağacların arasında son model bir avtomobil olduğunu görsəniz nə düşünərsiniz? Görəsən meşədəki müxtəlif elementlərin milyonlarla il ərzində təsadüfən bir yerə toplanaraq belə bir məhsul ortaya çıxartdığınımı düşünərsiniz? Avtomobili meydana gətirən bütün xammallar; dəmir, plastik, kauçuk və s. torpaqdan və ya onun məhsullarından əldə edilir. Lakin bu vəziyyət sizə, bu vəsaitlərin "təsadüfən" sintez edilib, sonra da bir yerə toplanaraq nəticədə ortaya belə bir avtomobil çıxartdıqlarını düşündürərmi?

Əlbəttə ki, ağlı ilə bağlı problemi olmayan hər insan, avtomobilin şüurlu bir dizaynın, yəni bir fabrikin məhsulu olduğunu düşünəcək, bunun meşədə nə işinin olması ilə maraqlanacaq.
Təkrar hüceyrəyə qayıtsaq, bunu söyləyə bilərik: Mürəkkəb bir strukturun birdən-birə, bir anda tam şəkildə əmələ gəlməsi, onun şüurlu bir varlıq tərəfindən yaradıldığını göstərər. Hələ hüceyrə qədər mürəkkəb bir strukturda, bu vəziyyət açıq-aydın ortadadır. İşəyarar mənalı bir zülalın təsadüfən əmələ gəlmə ehtimalı sıfır olduğu halda, bu xəyali zülalların minlərlə müxtəlif növündən milyonlarlasının bir yerə toplanıb hüceyrəni əmələ gətirməsinin nə qədər qeyri-mümkün olduğunu ifadə edə biləcək bir söz tapmaq olduqca çətindir.

Üstəlik, qeyri-mümkün hallar burada da bitmir. İnsan bədəni üçün lazım olan milyonlarla zülalın təsadüfən əmələ gəldiyini və təsadüfən eyni nöqtədə bir yerə toplandığını fərz etsək belə, bunun bir göydələnin daşının, sementinin və tikinti vəsaitlərinin torpağın üstünə toplanmasından başqa mənası yoxdur. Bütün bu vəsaitlərin olduqca mürəkkəb bir plan və layihə çərçivəsində, olduqca ölçülü, hesablı, nizamlı, ağıllı və idarəli şəkildə, həmçinin müəyyən əmrlər ardıcıllığı əsasında bir yerə gətirilməsi nəticəsində bir göydələn inşa edilə bilər.

Amma, göydələnlər gördükdə: "Kim tərəfindən inşa edilib?" sualını verən, lakin canlılara gəldikdə isə: "Hansı təsadüf nəticəsində əmələ gəlib" sualı ilə maraqlanan insanlar da var. Bu həqiqətən də başa düşülməsi çətin bir korluqdur. Bunu ancaq, Quranda verilən məlumatla anlamaq mümkün olar. Allah Quranda bəzi insanlarla əlaqədar belə buyurur:

...Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha alçaqdırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

Bəzi insanların gözləri qarşısında dayanan açıq həqiqətləri görə bilməmələri və Yaradıcımızı inkar etmələri Allahın möcüzələrindən biridir. Həmçinin digər möcüzələr kimi heyrətamizdir. Necə ki, Yerin, Günəşin və bütün kainatın yaradılması Allahın sonsuz qüdrət və elminin bir göstəricisidirsə, ətrafını əhatə edən saysız dəlillərə baxmayaraq, inkar edən bir insanın yaradılması da Allahın hər şeyə qadir olduğunun digər bir göstəricisidir:

Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında (oddan) qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Rad surəsi, 5)

 

Bəzi digər ziddiyyət nümunələri
Elm aləmi, canlı hüceyrəsinin bəşər oğlunun qarşılaşdığı ən mürəkkəb struktur olması barəsində həmfikirdir. Bir nümunəyə əsasən, müstəqil yaşaya bilmə xüsusiyyətinə sahib ən bəsit canlı orqanizm olan bir prokariot bakteriya hüceyrəsi belə elə bir miniatür mürəkkəbliyə malikdir ki, kosmik gəmi bunun yanında daha geri qalmış bir texnologiya məhsulu kimi qalar.
İndi isə, bir anlığa qeyri-mümkün olan bir hadisənin gerçəkləşdiyini, belə ki, hüceyrənin təsadüfən əmələ gələ bildiyini fərz edək və bu fərziyyənin nə qədər ağlabatan olduğu sualı üzərində düşünək. Bu vəziyyətdə; ətrafımızda gördüyümüz və hüceyrədən olduqca sadə strukturlara sahib saysız əşya və vasitənin bir çoxunun (hüceyrə təsadüflərlə əmələ gəlməyə çırpındığı bir vaxtda) yenə təsadüflərlə minlərlə dəfə daha asan şəkildə əmələ gəlməliydi. Çünki, ən təməl məntiq qaydalarına əsasən, mürəkkəb bir şeyin təsadüflərlə əmələ gəlməsi, olduqca mürəkkəb bir şeyin təsadüflərlə əmələ gəlməsindən olduqca asandır. Əgər bu ən mürəkkəb struktur belə öz-özünə əmələ gələ bilirsə, eyni mühitdə bundan daha sadələri, olduqca asan şəkildə və olduqca sayda meydana gəlməliydilər. Dolayısilə, bir anlığa təsadüflərin güc sahibi olduğunu fərz etsək, primitiv mühitdə bir televizorun, bir avtomobilin, bir inteqral sxemin və ya bir maqnitofonun heç bir istehsalçı zehin olmadan təsadüf nəticəsində meydana gəlmə ehtimalı, nəzəri cəhətdən bir hüceyrənin təsadüfən əmələ gəlmə ehtimalından xeyli çoxdur (şübhəsiz ki, həqiqətdə hüceyrə də daxil olmaqla, hər şeyin təsadüfən meydana gəlmə ehtimalı sıfırdır, bu tamamilə xəyali bir nümunədir).

Başqa ziddiyyət üzərində düşünək.
Canlı hüceyrənin əmələ gəlməsi və çoxalıb nəslini davam etdirməsi üçün, həm böyük hissəsi zülallardan təşkil olunmuş hissələrinin, həm də varisliyini təmin edəcək DNT-sinin eyni anda bir yerdə mövcud olmalarının lazım olduğunu qeyd etdik. Bir anlığa həm zülallar, həm bunlardan əmələ gələn ferment, orqan, hüceyrə membranı və sairənin, həm də DNT-nin təsadüflərlə bir yerdə əmələ gəldikləri kimi dəlisov bir fikri qəbul etdiyimizi fərz edək... Lakin bu belə hüceyrənin əmələ gəlməsi üçün kifayət deyil. Çünki ortada böyük təhlükə var; DNT, haqqında danışılan zülallara qətiyyən toxunmamalıdır. Çünki bir yerə toplandıqları vaxt, DNT, turşu, zülallar isə, əsas təsiri göstərəcək və dərhal reaksiyaya girib bir-birlərini yox edəcəklər. Bundan ötrü də, DNT nukleotidləri və zülallar, təkamülçülər tərəfindən "primitiv şorba" kimi adlandırılan xəyali mühitdə müəyyən yollla əmələ gəlmiş olsalar belə, daha irəli bir mərhələyə gedə bilmədən bir-birlərini duza döndərəcəkdilər.

İşin digər bir möcüzə tərəfi də budur: Bir turşu ilə bir əsasın, yan-yana gəldikləri vaxt, reaksiyaya girmələri normal olduğu halda, bu ikisi hüceyrədə mükəmməl əməkdaşlıq və uyğunluq içində bir yerdə fəaliyyət göstərərlər. Sintez prosesini təmin edərlər. Halbuki hüceyrə xaricindəki sərbəst mühitdə bir yerə gəlmələri hər ikisinin məhvinə səbəb olacaq.

Lakin bu sistem, həmişə olduğu kimi bütün incəlikləriylə planlanmış, hər cür tədbir alınmışdır. DNT molekulları, hüceyrənin ən sağlam hissəsi olan nüvəyə yerləşdirilmiş və mühitdəki zərər verə biləcək strukturlardan xüsusi və həssas üsullarla təcrid edilmişdir. DNT-nin köçürülməsi kimi əməliyyatlar zamanı, DNT və ferment zülallarının təması, o qədər idarəli və ölçülü nizam sayəsində gerçəkləşər ki, iki tərəf də ziyan görməməklə yanaşı, mümkün olan ən yüksək səmərə əldə olunar.

 

Molekullar şüursuzdur
Müəllifləri təkamülçü olan biologiya kitablarında belə həmişə vurğulanan ortaq bir məsələ var: Bura qədər bəhs etdiyimiz hadisələrdəki işçilərin, böyük şüurla hərəkət etmələri. Biz də bura qədər bir çox yerdə istər hüceyrə, istər DNT və ya RNT, istər fermentlər, itsərsə də, orqanoidlər üçün; "oxuyar", "qərar verər", "seçər", "nəzarət edər", "düzəldər" ... kimi hərəkətlərdən istifadə etdik. Aydındır ki, bu hərəkətlər ancaq və ancaq şüur, ağıl və iradə sahibi varlıqların edə biləcəyi hərəkətlərdir. Halbuki bura qədər haqqında danışılan varlıqlar, qətiyyən düşünmək, qərar vermək, ağıl işlətmək kimi xüsusiyyətlərə sahib olmayan müxtəlif atomlar və molekullardan ibarətdir.

Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, müxtəlif molekulların müxtəlif nisbətlərdə birləşməsindən əmələ gəlmiş hüceyrənin, nə qədər mürəkkəb və möcüzəvi quruluşa sahib olsa da, ağıl və şüur sahibi olması qeyri-mümkündür. Dolayısilə bu hüceyrənin və ya hər hansı bir hissəsinin istəməsi, qərar verməsi, qərarını tətbiq etməsi, nəzarət etməsi, kimi hallardan da qətiyyən söhbət gedə bilməz.

Məhz bundan ötrü də, hüceyrədəki hissələrin şüur və ağıl sahibi olduqlarına işarə edən, "qərar verər", "nəzarət edər", "düzəldər" kimi ifadələr, əslində bu hissələri Yaradana işarə edir.
Məsələn; "bu kitab bunu izah etmək istəyir" dediyimiz vaxt, aydındır ki, bu kitabın müəllifinin izah etmək istədiyi nəzərdə tutulur. Yoxsa bu ifadədən, kitabın bilavasitə özü, səhifələri və mürəkkəbiylə, düşünüb də bir şey izah etmək istəyir kimi, bir məna çıxmayacağı aydındır (belə bir məna çıxartmaq isə, həmin insanın ağlında ciddi problem olduğunun əlamətidir).
Eynilə, kitabın bir çox yerində işlətdiyimiz; "istəyər", "qərar verər", "hesablayar" kimi ifadələr də hadisələrin tərif və təsvirini asanlaşdırmaq üçün seçilmiş ifadələrdir. Sözlərə nəzərdə tutulan mənalarından kənar, yanlış mənalar yükləmək, insanı əsaslı yanlış fikirlərə sürükləyər. Aydındır ki, istəyən, qərar verən iradə, bu şüursuz molekul yığınları deyil. Bu xüsusiyyətlər, ancaq bu molekul yığınlarına belə şüurlu, hesablı hərəkətləri etdirən və bunları gördükləri işə uyğun yaradan gücün, yəni Allahın Özünə məxsus xüsusiyyətlərdir. İstəyən də, qərar verən də, etdirən də Allahdır.
Bu cür məhfumlarla heç bir əlaqəsi qurula bilməyəcək maddələrin belə fövqəladə işlər görmələri, insanın, bunların arxasındakı əsil güc və ağıl sahibini daha asan və rahat görə bilməsi üçündür.

Bura qədər izah etdiklərimiz, hüceyrədə və insan bədənində gerçəkləşən möcüzələrdən yalnız bir neçəsidir. Bunları görən vicdanlı bir insan, öz yaradılışındakı mükəmməlliyi görə bilər və Allahı tanıyaraq Ona yaxınlaşa bilər.

Şüur və vicdan sahibi bir insan; "bu mükəmməl sistemin niyə və nə üçün yaradıldığı, bunları kimin yaratdığı" suallarını soruşacaq. Belə bir sistemin insan bədənindəki trilyonlarla hüceyrənin hər birində ayrı-ayrılıqda işləməsinin tək məqsədi var ki, həmin məqsəd də budur: İnsanın, Allahın sonsuz ağlını, elmini, gücünü, yaratmasındakı sonsuz mükəmməlliyi və özünü yaxın izlədiyini görüb anlaya bilməsi... İnsan anlamalıdır ki; Allahın icazəsi və məlumatı olmadan, nəinki bir insanın yeriməsi və ya danışması, həmin insanın tək bir hüceyrəsinin içindəki bir molekul parçasının hərəkət etməsi belə qeyri-mümkündür.

Tək bir hüceyrəyə 5 milyard məlumatın sığdırılması, dünyada başqa heç bir möcüzə olmadığını fərz etsək belə, şüurlu və vicdanlı insan baxımından iman gətirmək üçün kafi dəlildir. Lakin yenə eyni dəlil; özünə belə bir məlumat gəldikdən sonra Allahdan üz döndərənlərin qiyamət günü əzaba sürüklənmələri üçün bu dəfə əleyhlərində olacaq.

Sonsuz mərhəmət sahibi olan Allah, sonsuz dəlillərini təkcə bu kiçik hüceyrədə deyil, kainatın hər nöqtəsində sərgiləyir. İman gətirən insan bu dəlillərin çoxluğu sayəsində hidayətini artıra bilər. İnkar edən insan isə, hamısını inkar etməyin, onları "boş və batil" hesab etməyin qarşılığını dünyada və axirətdə alacaq. Bir ayədə belə buyurulur:

Biz göyü, yeri və onların arasındakılarını batil yerə xəlq etməmişik. Bu, inkar edənlərin zənnidir. Oddan ötrü vay o inkar edənlərin! (Sad surəsi, 27)