Viruslar

Hüceyrələrin ən böyük düşmənləri, virus adlı mikroskopik canlılardır. Gözlə görülə bilməyən bu iki canlı arasındakı vuruşmanın, insan həyatında çox böyük əhəmiyyəti var. Viruslar bəzən qrip kimi cansıxıcı xəstəliklərin səbəbi olduqları kimi, bəzən də QİÇS, qarın yatalağı kimi öldürücü xəstəliklərə səbəb olurlar.
Virusların hüceyrələrə etdiyi hücumlar həm olduqca öldürücü, həm də çox təkmilləşmiş hücum üsullarından istifadə etmələrindən ötrü, bir o qədər heyrətamizdir. Virusun "strategiya"sının təməli, hüceyrəni hüceyrənin öz silahı və imkanlarıyla vurmaqdır. Özünü çoxaltmaq üçün, etdiyi bu hücum, əslində müəyyən mənada da bir intihar hücumudur. Nəslinin davam etməsi üçün, həm özünü, həm də hüceyrəni fəda edər. Hüceyrələrin, həyatlarını davam etdirə bilmək üçün, DNT-lərindəki məlumatlar əsasında zülal sintez etmək məcburiyyətində olduqlarını əvvəlki səhifələrdə qeyd etmişdik. Viruslar məhz bu zülal sintezinin qarşısını alaraq, hüceyrəni zülalla birlikdə, virus əmələ gətirən bir fabrikə çevirərlər.

 

Cansız lakin ağıllı düşmənlər
Viruslar təbiətdəki ən qəribə xüsusiyyətə malik üzvi strukturlardan biridir. Cansızdırlar və təkcə müəyyən irsiyyət mexanizmdən ibarətdirlər. Bir virus, zülaldan əmələ gəlmiş bir qabıq və qabığın içində özünə aid məlumatları saxlayan genetik şifrlərdən (DNT və ya RNT) ibarətdir. Təklikdə həyat əlaməti göstərən hər hansı bir funksiyası və ya orqanoidi yoxdur. Lakin bir orqanizmin içinə girdikdə, sanki canlanar və aktivləşər. Bir hüceyrə ilə təmas etdiyi andan etibarən canlı xüsusiyyəti göstərməyə başlayar; təcavüzkar və özü də ağıllı bir canlıya çevrilər.
Virus insan bədəninə qarşı mümkün olan ən ağıllı hücum üsulundan istifadə edir. Hər hansı bir hüceyrəyə girmədən əvvəl, ayaqları ilə həmin hüceyrənin özü üçün uyğun olub-olmadığını müəyyənləşdirər. Əgər apardığı sınaq nəticəsi müsbət olsa, öz DNT-sini (yəni qabığını bir kənara qoysaq, özünü) hüceyrənin içinə boşaldar.

Bu əməliyyatdan sonra hüceyrənin daxilindəki mexanizmlər virusun tələsinə düşərlər. Hüceyrəyə girmiş bu yeni DNT-nin "yad" olduğunu anlaya bilməz və onu DNT-nin hüceyrədə olması lazım gələn yerə, yəni bilavasitə nüvənin içinə daşıyarlar. Nüvəyə çatan virusun DNT-si, buradakı DNT-nin yanına yerləşər. Bu məqamdan sonra da, hüceyrə zülal sintez etdiyini zənn edərək, bu yeni virusun DNT-sini çoxaltmağa başlayar. Virusun DNT-si hüceyrənin DNT-sinin yanına elə uyğunlaşma təmin edərək gizlənər ki, hüceyrə bilmədən sintez prosesini davam etdirər.

Bundan xəbərdar olması da, həqiqətən olduqca çətindir: Bir hüceyrəyə girmiş virusun DNT-sini, digər saysız DNT molekulullarından ayırmaq, iyirmi cildlik bir ensiklopediyanın hər hansı bir səhifəsində yazılmış yarım sətirlik bir cümləni axtarıb tapmağa bənzəyər. Virus, bu "çoxbilmiş" üsulu sayəsində, hüceyrəyə aid proqramlaşdırma mexanizmlərinə qarışır və sanki hüceyrəyə aid bir hissəyə çevrilir.

Hər hansı bir əsərdə, müəyyən abzasdan sonra əlavə olunacaq bir cümlənin bütün bir abzasın mənasını tam əksi istiqamətdə dəyişdirməsi mümkündür. Məhz virus da bu cür bir kritik dəyişiklik edərək, hüceyrənin bütün sintez fəaliyyətini əsl məqsədindən uzaqlaşdırar: Virusun DNT-si, hüceyrənin nüvəsindəki "sintez mətninin" mənasını tamamilə dəyişdirə biləcəyi mühüm bir yerə yerləşdirilər.

Normalda özünə lazım olan və DNT-də şifrləri xüsusi kilidlərlə işarələnmiş zülallardan başqa heç bir zülalın (digər hüceyrələrlə əlaqədar zülalların belə) şifrini oxumayan hüceyrə, sanki sehrlənmiş kimi, özünü, virus DNT-sinin şifrlərini oxuyub bu virusu əmələ gətirməkdən saxlaya bilməz. Virusun hansı güclə hüceyrənin sintez mexanizmlərini, fermentlərini təsir və idarəsi altına aldığını və öz şifrinin nüsxəsini çıxardıb öz zülallarını sintez etdirdiyi hələ də aydınlaşmamış çox əsrarəngiz haldır.

Bu hadisə hüceyrənin qaçılmaz aqibətini hazırlayar. Ölməkdə olan hüceyrə, nüvədə yerləşən yanlış kodlaşdırılmış proqramı həyata keçirmək üçün, bütün enerjisindən sonuna qədər istifadə edər. Sonunda ölər və parçalanar. Parçalanma ilə birlikdə, hüceyrənin sanki qanını sormaqla çoxalan viruslar, digər hüceyrələrə sıçrayar və özlərinə yeni qurbanlar taparlar. Virusların bu zəbt etmə əməliyyatı, böyük sürətlə davam edər.

Əgər bədənin müdafiə mexanizmi olmasa, bu əməliyyat, normal bir insanı bir neçə gün ərzində öldürəcək qədər sürətlə davam edər. Lakin haqqında danışılan müdafiə mexanizmi, virusun bədənə girdiyindən çox qısa müddət ərzində xəbərdar olar və dərhal böyük əks hücum əməliyyatı başladarlar. Bu sayədə, ən sadə bir qrip virusu ilə asanlıqla ölə biləcək olan insan, həyatını davam etdirər.

Virusun bu maraqlı macərası, təəccüblü olduğu qədər düşündürücüdür də.
Əvvəlcə bu sual verilməlidir: Təbiətdəki virus, insan bədəninə daxil olub, onu zəbt edəcək məlumata necə sahib ola bilər? Virusun belə bir bacarığa sahib ola bilməsi üçün, insan hüceyrəsini çox yaxşı tanımalı və öz DNT-sini insan DNT-sinin yanına daxil ola biləcək şəkildə əmələ gətirməlidir.

Halbuki bunu düşünmək belə məntiqsizlikdir. Yuxarıdakı cümlədə "virusun öz DNT-si" ifadəsini işlətdik. Lakin virus onsuz da bir DNT-dir və onu əhatə edən bir qılafdan ibarətdir. İnsan bədənini tanımaq, buna görə özünü formalaşdırmaq kimi bir "bacarığ"a sahib ola bilməz.
Ortada çox açıq bir həqiqət var: Virus, insan bədəninə daxil olub, onun DNT-sinə gizli yolla daxil olmaq üçün, xüsusi şəkildə yaradılmışdır.

Bunu bir nümunə ilə izah edə bilərik: Boş bir ərazidə hərəkət edərkən əvvəlcə çox təkmilləşmiş bir qapı qıfılı, bir müddət sonra isə, tək bir açar tapdığınızı düşünək. Açarı qıfıla soxub onu açdığını görsəniz, nə nəticəyə gələrsiniz? Görəsən: "Təsadüfə bax, bu dəmir parçası təsadüfən bu qıfılı açdı" mı deyərsiniz, yoxsa əlinizdəki açarın onsuz da həmin qıfıl üçün qayırıldığı, ancaq ayrı-ayrı yerlərə qoyulduqları nəticəsinə gələrsiniz? Əlbəttə ki, ağıl, ikinci variantı qəbul etməyi tələb edir.

Virusla insan hüceyrəsi arasında da bu "açar-qıfıl" əlaqəsi mövcuddur. İnsan hüceyrəsiylə heç bir əlaqəsi olmayan və beləliklə də, on minlərlə il təbiətdə ölü vəziyyətdə olan virus, insan bədənində müəyyən yolla daxil olar və dərhal gedib hüceyrənin "qıfılını" açar. İlk növbədə hüceyrənin divarını dələr; çünki bu divarı dələ biləcək şəkildə təşkil edilmişdir. Sonra gedib hüceyrənin DNT-sinin yanına yerləşər; çünki həmin DNT-yə uyğunlaşma göstərəcək şəkildə yaradılmışdır.

Digər bir sözlə, virus, insan bədəninə daxil olub xəstəlik səbəbi olması üçün yaradılmışdır. Allah, insanın xəstələnməyə əlverişli olmasını istəmişdir. Çünki təkəbbürlənməyə çox meylli olan insan, ancaq bu cür çətinliklər sayəsində Allaha möhtac və aciz bir varlıq olduğunu görə bilir.

Lakin Allah, xəstəliyi yaradarkən, şəfanı da onunla birlikdə yaradar. Məhz bundan ötrü də, virusu yaradarkən, ona qarşı möhtəşəm şəkildə vuruşan müdafiə sistemini də yaratmışdır. İnsan bu sayədə hər gün fərqli növləriylə qarşılaşdığı viruslara qarşı müqavimət göstərər.

Bununla yanaşı, Allah, bəzən viruslardan bir "ölüm vəsiləsi" kimi də istifadə edər. Allah istədiyi kimsəyə istədiyi qədər ömür verər və müəyyənləşdirilmiş bu müddət, Allahın istəyi ilə bitər. Virus, Allahın ölüm üçün istifadə etdiyi "səbəb"lərdən biridir. Tarix boyu milyonlarla insan sahib olduqları bütün dəyərlərdən, mallarından, yoldaşlarından, uşaqlarından, bir sözlə, həyatlarından, heç vaxt görə bilmədikləri viruslar ucbatından ayrılmışdırlar. Bu gün müasir tibb elmi, mövcud virusların əksəriyyəti üçün çıxış yolları tapdığı bir halda, yeni və başa çıxıla bilməz virusların yaradılması da olduqca mənalıdır. QİÇS və ya Ebola kimi yeni viruslar; "harada olursunuzsa olun, ölüm sizi haqlayar" (Nisa surəsi, 78) ayəsinin hökmü ilə, Allahın barələrində ölüm qərarı verdiyi bədənlərin ölüm səbəbləri olmağı davam etdirirlər.