Hüceyrə membranı

Başlanğıcda elmi ətraflarda, ən kiçik canlı kimi hüceyrə qəbul edilirdi. Lakin daha sonra, hüceyrəni əhatə edən və həcm etibarilə ondan xeyli kiçik olan hüceyrə membranı tədqiqatçıların qarşısına sanki yeni bir canlı növü kimi çıxdı. Çünki hüceyrəni tamamilə əhatə edən bu membran bir canlının, üstəlik, şüurlu bir canlının, yəni insanın təməl xüsusiyyətlərindən olan qərar vermə, xatırlama, qiymətləndirmə kimi xüsusiyyətlər göstərməkdə idi. Bəs 1 mm-in yüz mində bir hissəsi qalınlığındakı bir membran bu xüsusiyyətlərə necə sahib olmuşdu?
Həyatımız boyu xəbərsiz yaşadığımız bu membrandan 100 trilyonu hər an bədənimizdə qərarlar verir və hazırda da bu qərarları tətbiq edirlər.

Hüceyrə membranı hüceyrənin ətrafını əhatə edən bir örtükdür. Lakin vəzifəsi təkcə hüceyrəni əhatə etmək deyildir. Bu membran, həm qonşu hüceyrələrlə əlaqə yaradılmasını təmin edər, həm də ən əhəmiyyətlisi, hüceyrəyə edilən giriş-çıxışlara çox yaxşı şəkildə nəzarət edər. O qədər incədir ki, adi mikroskopla deyil, təkcə elektron mikroskopuyla ayırd edilə bilər. Quruluşunun, cüt tərəfli yağ təbəqəsi və təbəqənin üzərindəki bir çox yerlərdə yerləşən zülallardan əmələ gəldiyi müəyyənləşdirilmişdir. Bu membran, təkcə canlı xüsusiyyəti göstərməklə kifayətlənməyib, sahib olduğu üstün qərar vermə qabiliyyəti, yaddaşı və göstərdiyi ağıl sayəsində hüceyrənin beyni kimi qəbul edilir. İndi isə, yağ və zülal kimi şüursuz molekullardan əmələ gələn bu nazik örtüyün bacardığı işləri, yəni özünə "canlı" və "ağıllı" dedirdən xüsusiyyətlərini araşdıraq.

İlk növbədə bu qədər işi bacara bilən hüceyrə membranının quruluşuna bir nəzər salaq. Membran cüt tərəfli, həm daxilə, həm də xaricə dönük yağ molekullarından ibarət olan ucsuz-bucaqsız bir divara bənzəyir. Bu yağ hissəciklərinin arasında hüceyrəyə giriş və çıxışı təmin edən qapılar və membranın xarici mühiti tanımasını təmin edən reseptorlar vardır. Bu qapılar və reseptorlar zülal molekullarından əmələ gəlmişdir. Hüceyrə divarının üzərində yerləşər və hüceyrəyə edilən bütün giriş-çıxışlara diqqətlə nəzarət edərlər. 

 

İdarə kimin əlindədir?
Hüceyrə membranının ilk vəzifəsi hüceyrənin orqanoidlərini əhatə edərək bir yerdə tutmasıdır. Lakin bundan olduqca mürəkkəb bir iş daha görər; bu orqanoidlərdəki əməliyyatların və hüceyrənin həyatının davam edə bilməsi üçün, lazımi maddələri kənar mühitdən təmin edər. Hüceyrənin xaricindəki mühitdə saysız kimyəvi maddə mövcuddur. O, bunların arasından hüceyrənin ehtiyac duyduqlarını tanıyar və yalnız onları içəri qəbul edər. Olduqca qənaətkardır, belə ki, hüceyrənin ehtiyac duyduğu miqdardan artığını əsla içəri qəbul etməz. O,  bununla da kifayətlənməyib, hüceyrə daxilindəki zərərli tullantıları dərhal müəyyənləşdirər və heç vaxt itirmədən hüceyrədən kənarlaşdırar. Membranın digər bir vəzifəsi də, beyindən və ya bədənin müxtəlif nahiyələrindən hormonlar vasitəsilə daşınan mesajları həmin dəqiqə hüceyrənin mərkəzinə çatdırmaqdır.

Aydındır ki, bu işləri görə bilməsi üçün hüceyrə daxilindəki bütün fəaliyyətləri və hadisələri bilməli, lazım və ya artıq olan maddələrin siyahısını çıxartmalı, anbarları nəzarət altında saxlayıb, üstün yaddaş və qərar vermə qabiliyyətinə sahib olmalıdır.

Görəsən hansı "təsadüf" belə "ağıllı" bir yağ yığınını əmələ gətirə bilər?...
Bütün təkamül nəzəriyyəsini təklikdə bir anda çökdürən bu sualdan daha da kənar bir sual soruşaq; bəhs etdiyimiz əməliyyatlar əsnasında ortaya çıxan "ağıl", membrana aid olan ağıldırmı?
Diqqət yetirin; bu saydıqlarımızı edən bir kompyuter və ya robot deyil, təkcə hüceyrənin ətrafını əhatə edən, yağdan əmələ gələn və üzərindəki bir çox yerlərdə zülal olan bir örtükdür. Bu qədər mürəkkəb bir işi, səhvsiz edə bilən hüceyrə membranında düşünmə mərkəzi və ya bir beyin axtarmağa çalışmayın. Çünki tapa bilməzsiniz. Çünki, adından da göründüyü kimi özü yalnız bir “memran”dır.

Məhz, heç bir düşünmə qabiliyyəti ola bilməyəcək belə bir strukturda bu qədər üstün xüsusiyyətlər sərgiləyən Allahın, insanlara öz varlığını sübut edən bu qədər açıq bir dəlil daha təqdim etməsi, göz görə görə Onu inkar edənləri bir daha bəhanəsiz qoyur.

 

Hüceyrənin qapıları
Hüceyrə membranında bəzən bir nasos, bəzən də bir qapı kimi işləyən mexanizmlər vardır. Bunlar hüceyrənin ehtiyacı olan maddələri tanıyıb, seçib, böyük enerji sərf edərək bu maddələri hüceyrə daxilinə qəbul edərlər. Bu tək cümlə ilə deyilib keçiləcək bir şey deyil, çünki bu əməliyyat əsnasında bir çox möcüzə daha baş verər. Bu giriş-çıxışlardakı bir çox hadisənin sirri hələ də açıla bilməmişdir. Hüceyrənin həyatını davam etdirməsi üçün membranlardan keçməsi lazım gələn maddələr arasında elektron və hətta fotonlar, tək atomlu protonlar, ionlar, su kimi kiçik molekullar, amin turşusu və şəkər kimi orta ölçülü molekullar, zülallar və nəhayət DNT kimi makromolekulyar strukturlar olar. Bəzən qapıdan olduqca böyük bir molekul böyük enerji sərf edərək, bir çox fermentin köməyi ilə olduqca diqqətli şəkildə hüceyrənin daxilinə qəbul edilər. Bəzən keçiriləcək maddə keçəcəyi qapıdan o qədər böyük olar ki, bu iynə dəliyindən kəndirin keçirilməsinə bənzəyər. Keçişin təmin edilməsi üçün əvvəlcə dəlik genişlədilər, sonra yenə əvvəlki halına qaytarılar. Bu əməliyyat əsnasında, nə qapıya, nə keçən maddəyə, nə də hüceyrəyə heç bir zərər verilməz.

 

Hüceyrənin udması
Pinositoz və ekzositoz; hüceyrə, öz membranından kisəciklər əmələ gətirər. Bu kisəciklər sayəsində toplama və çatdırma işləri yerinə yetirilər. Pinositoz adlı əməliyyatda hüceyrə membranı müəyyən miqdar içəri batar, əmələ çuxura hüceyrə xaricində olan molekullar girər. Bu çuxur içəri doğru xeyli çəkilərək hüceyrə daxilinə alınar və bir kisəcik əmələ gətirilər. Müəyyən mənada hüceyrə ehtiyacı olan maddələri udar.
Ekzositoz adlı əməliyyatda isə, hüceyrə, öz daxilində bir kisəcik əmələ gətirər. Artıq maddələrlə doldurduğu bu kisəciyi hüceyrə membranından kənarlaşdırar. Beləliklə də, kisəciyin daşıdığı maddələr xarici mühitə buraxılmış olar.

 

Mükəmməl uyğunlaşma və əməkdaşlıq
Bədəndəki trilyonlarla hüceyrə bir-birləriylə ağlasığmaz əməkdaşlıq edirlər. Məsələn, bütün saç tellərinizin birlikdə uzanmalarının səbəbi baş dərisi hüceyrələri arasındakı uyğunlaşmadır.
Məhz bu həssas əlaqə, hüceyrə membranında yerləşən və digər hüceyrələrlə əlaqələri təmin edən xüsusi zülallar və qarmaqlara bənzəyən çıxıntılar sayəsində mümkün olar. Bu mexanizmlər hələ insan ana bətnində rüşeym halında olarkən əmələ gəlməyə başlayar. Bölünmə əsnasında bəzi hüceyrələr naməlum şəkildə birdən fərqli zülallar sintez etməyə başlayarlar. Bu müxtəlif sintezin nəticəsində hüceyrələr arasındakı struktur etibarilə fərqlər meydana gələr. Bu dəyişmədən hüceyrə membranı da təsirlənər və xarici səthində qarmağa bənzər çıxıntılar əmələ gələr. Bu çıxıntılar sayəsində ancaq öz cinslərindən olan hüceyrələrə yapışa bilərlər. Beləliklə də, milyardlarla bənzər hüceyrə birləşərək orqanları əmələ gətirərlər.
Həmin bu qarmaqların niyə və necə əmələ gəldikləri sualı isə, təkamül nəzəriyyəsinin digər bir düyün nöqtəsidir. Çünki, bir daha ortada şüurlu yaradılış olduğu görülür.


Mütəşəkkil 100 trilyon işçi:
Bir avtomobil fabrikinin necə işlədiyini düşünək. Məsələn, fabrikdəki min işçinin hamısı intizam və uyğunluq içində çalışmalıdır. Bu təşkilatı təmin etmək üçün bir çox nəzarət sistemi və əmrlər ardıcıllığı yaradılmışdır. Hər hissə özündən istənilən hissəni istehsal edər. Məsələn, bir yerdə mühərrik hissələri, başqa bir yerdə isə qapılar düzəldilər. Hər kəs, hansı məhsulun harada istifadə ediləcəyini bilər. Hər şey nəzarət altındadır.

Lakin aydındır ki, əgər eyni fabrikə, avtomobil istehsalından heç xəbəri olmayan, olduqca cahil min işçi qəbul edilsə və bunlardan nəyi necə istehsal edəcəklərinin özlərinin tapması tələb olunsa, böyük qarışıqlıq və xaos meydana gələr.

Buna baxmayaraq, insan bədənində min deyil, 100 trilyon "işçi" böyük uyğunluq içində işləyər. O zaman bunlar, bir fabrikdəki işçilərdən olduqca şüurlu və təhsilli hüceyrələrdir. Təkcə öz aralarındakı möcüzəvi əməliyyatlar deyil, bir-birləri arasındakı koordinasiya da eyni dərəcədə göz qamaşdırıcıdır. Bir-birlərini, membranlarındakı tanıma sistemləriylə tanıyarlar. Mədə hüceyrəsi mədə hüceyrəsini, saç hüceyrəsi saç hüceyrəsini tanıyar.

Yenə qarşımıza qaçılmaz suallar çıxar: İki membran bir-birini necə tanıya bilər? Bu işçiləri kim öyrətmişdir? Bunlar vəzifələrini böyük sədaqətlə necə yerinə yetirə bilərlər?
100 trilyon hüceyrənin hər biri bədən üçün özündən istəniləni edər. Bəs hər hüceyrə hər an nə etməli olduğunu haradan bilər? Məsələn, bölünmənin baş verməsi üçün, beyin istənilən nahiyədəki hüceyrələrə "bölün" əmrini verər. Bunun üçün, hormon adlı xüsusi elçilər ifraz olunar. Hər hormon əlaqədar hüceyrəyə gedərək beynin əmrini çatdırar. Elçi, hüceyrəyə gəldikdə daşıdığı əmri hüceyrə membranında yerləşən qəbul edici zülala bildirər. Zülal aldığı əmri, mərkəzə ötürər. Hüceyrə də bu əmri anlayar, qərar alıb buna uyğun hərəkət edər.
Yaxşı, yenə sizdən soruşaq; bir yağ dənizinin üzərindəki zülal adasının verilən əmri anlaması, bunu hüceyrənin mərkəzinə çatdırması, hüceyrənin bu əmrə itaət etməsi və ömrünü harada istifadə ediləcəyini bilmədiyi bir maddəni sintez etməyə həsr etməsi adi bir məlumat kimi qarşılana bilərmi? Əlbəttə, qarşılana bilməz.

Üstəlik, bir qədər əvvəl də ifadə etdiyimiz kimi, membran üzərində yerləşən yüzlərlə keçid nöqtəsi, reseptor və kontrollerin hamısı bir-birlərindən xəbərdarmış kimi, böyük uyğunluq içində hərəkət edərlər.

Halbuki bütün bunlar şüursuz zülallardır. Hüceyrə membranının sadaladığımız xüsusiyyətlərini öz-özünə qazanmadığı, bu sistemin başqa biri tərəfindən yaradıldığı açıqca ortadadır.
Əlbəttə ki, belə bir sistem müəyyən məqsəd üçün yaradılmışdır. Buradakı məqsəd, insanın özünü yaradan sonsuz mərhəmət və şəfqət sahibi Allahın varlığını daha yaxşı anlaya bilməsidir. Vicdan və ağıl sahibi bir insan, bu dəlilləri görər və Allahı daha yaxşı tanıyar. Quranda möminlərin həmin bu dünyagörüşü belə bildirilər:

Həqiqətən, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində təmiz ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən çox ucasan. Bizi Odun əzabından qoru!
(Ali İmran surəsi, 190-191)

 

Qızğın vuruşma və yaxın təmas
İnsan bədəninin immunitet sistemində gözlə görülməyən böyük vuruşma gedər. Bu vuruşma hər gün, hər dəqiqə, hətta hər saniyə davam edər. Vuruşma, bədəni qoruyan hüceyrələrlə bədənə kənardan daxil olan mikroblar və viruslar arasında gedər. Vuruşmanın ən qızğın getdiyi an, yaxın təmas vəziyyətidir.

Bu yaxın təmas anında bəzi xüsusi müdafiə hüceyrələrinin membranları mühüm rola sahibdirlər. Vuruşmanın ön cəbhələrində çıxış edən bu hüceyrələrin vəzifəsi istənilən yad maddəni tutub udmaqdır. Bunu da membranları sayəsində edərlər. Müdafiə hüceyrələrinin membranları bədənə daxil olmuş zərərli yad maddələri müəyyənləşdirərlər. Membranın çıxıntıları lazım gəldikdə uzanaraq bakteriyaları və mikrobları tutar. Düşmən tutulduqdan sonra da membrandan keçirilərək, hüceyrə tərəfindən udular. Hüceyrə mebranı bu vuruşmada düşməni tanımış, tutmuş və udmuşdur. Hüceyrə, düşməni həzm edər və ortaya çıxan maddələri təkrar istifadə edərək bədənə faydalı hala gətirər. Bəzən də, bəzi xüsusi hüceyrələr həmin bu yad maddəyə yapışar və onu hərəkətsiz vəziyyətə gətirərlər. Beləliklə də, düşməni vuruşan hüceyrələrə göstərərlər. Əlbəttə ki, bu vuruşmanın mərhələləri burada yazıldığı qədər sadə deyil. Hər mərhələdə xəbər alma, qiymətləndirmə və arxivləmə kimi üstün "kəşfiyyat" texnikalarından faydalanılar.
Göründüyü kimi, ortada olduqca mürəkkəb bir döyüş mexanizmi və olduqca üstün bir texnologiya işləyir. İnsan ağlının, indiyə qədər çatdığı son inkişaflara baxmayaraq, bənzərini meydana gətirə bilmədiyi bu mexanizm minlərlə ildir ki, öz işini eyni mükəmməlliklə davam etdirir. O zaman necə bir nəticəyə gəlməliyik? Görəsən mikroskopla belə çətin görülə bilən və böyük hissəsi yağ molekullarından ibarət olan hüceyrə membranı, bəşər oğlundan daha mı ağıllıdır? Yoxsa bu membran da, ən üstün, ən ağıllı olduğunu iddia edən insan da, özlərindən olduqca üstün bir ağlın özlərinə ilham etdiklərini mi yerinə yetirirlər? Məhz həqiqət budur və bunun əksini iddia edən biri hüceyrənin ağlının öz ağlından daha üstün olduğunu da qəbul etmək məcburiyyətindədir.

Bəziləri də bütün hadisəni beyinlə əlaqələndirib: "Məhz əmrləri verən bir beyin var, hər şeyi o idarə edir" kimi bir çıxarış edərək öz aləmlərində bütün hadisələrin izahını verdiklərini zənn edərlər. Bu sadə məntiqlə böyük bir sirri açdığına inanan insan, artıq gerisini düşünməyə ehtiyac duymaz. Həmin an üçün rahatlamışdır. Özünü narahat edən vicdanının səsini bir müddət üçün susdurmuşdur. Daha çox qurcalasa yenə içindən çıxa bilməyəcəyi suallarla qarşılaşacağını anlayar: "Beyin adlanan bu orqan da eynilə hüceyrələrdən əmələ gəlmirmi? "Beynin verdiyi əmrləri beyindəki bu mikroskopik yağ və zülal yığınlarımı qərarlaşdırır? Əgər vəziyyət belədirsə, beynin hansı hüceyrələri əmr verir? Yoxsa bir hissəsi bir yerə toplanıb ortaq qərarlarmı verirlər? Bu ağılsız və şüursuz hüceyrələr bir yerə toplandıqda birdən-birə, xəbər alma, qərar vermə, əmr vermə kimi mücərrəd anlayışları haradan öyrənirlər və mükəmməl şəkildə tətbiq etməyə başlayırlar?..

İnsan hələ tək bir hüceyrə halında olarkən və ortada beyin adlı bir şey olmadığı bir vaxtda, bu hüceyrənin bölünməsini, bölünən hüceyrələrin müxtəlifləşməsini, aralarındakı ağlasığmaz koordinasiyasnı hansı beyin idarə edir? Anasının beynimi? Halbuki ananın qanı belə körpəninkiylə qarışmır... Tutaq ki, yenə qane olmadı. Görəsən süni mayalandırma yolu ilə, hələ tək hüceyrə halında olarkən inkişafına sınaq şüşələrdə başlayan "süni mayalandırma" əmrləri hansı beyindən alır? Yaxud toyuğun üstündə oturub isindirdiyi mayalanmış bir yumurta, kiçik bir cücə olana qədər hansı beyin tərəfindən idarə olunur? Tək bir hüceyrədən cücəni və ya insan balasını beyni ilə birlikdə yaradan başqa bir gizli beyinmi var?..

Məhz inkarçı insan düşünməyə başladıqda bu kimi suallarla qarşılaşacağını və sonunda yenə Allahın açıq-aydın varlığını və üstün yaratmasını görəcəyini anlayar. Buna görə də, həmişə hadisələri dərindən və geniş perspektivlə düşünməkdən qaçar.

Çünki inkarın məntiqi həmişə Allahla qarşılaşmaqdan qaçmağa, Onu xatırladan, Ona aparan, Onun varlığını sübut edən hər şeyə göz yummağa və Onun yerini dolduracağını zənn etdiyi ən kiçik bir ehtimala belə, naəlaclıqla sarılmağa əsaslanar. Bundan ötrü də, Allahı tanımayan inkarçı, istər-istəməz öz yaradılışını, varlığını və həyatının davamını trilyonlarla hüceyrəyə, hətta bunları da meydana gətirən molekullar və atomlarla əlaqələndirir və ya digər bir sözlə,Ə bütün bunların sayı qədər ilahlar qəbul etmişdir.

Yuxarıda izah etdiyimiz mükəmməl koordinasiyanı təmin edən və haradan gəldiyini ətrafda heç bir yerdə tapa bilmədiyimiz əmrlərə gəlincə, bu əmrlərin haradan və nə üçün gəldiyi bir ayədə belə bildirilir:

Yeddi göyü və yerdən də onların bənzərini yaradan Allahdır. Əmr onların arasında ona görə dayanmadan nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)