Hüceyrədaxili sistemlər

Zülal sintezinin necə başladığını, hansı proseslərdən keçilərək bu sintezin baş verdiyini araşdırdıq. Lakin hamının bildiyini ki, sintezin baş verməsi üçün ən başda lazım gələn şey xammaldır. Bu xammalların da sintez prosesində iştirak edə bilmələri üçün, müəyyən əməliyyatlardan keçib, təmizlənərək istifadəyə əlverişli vəziyyətə gətirilməlidirlər. Məsələn, plastmas kimi bir çox məhsul neftdən əldə edildiyi halda, istehsal mərhələsinə gələnə qədər neftayırma zavodlarında, kimya laboratoriyalarında bir çox ara əməliyyatlardan keçdikdən sonra istehsala hazır xammal vəziyyətinə gəlirlər.
Eyni texnologiyanın daha təkmilləşmiş variantından isə, hüceyrədə istifadə olunar.

 

Hüceyrədəki laboratoriya
Hüceyrəyə daxil olan qidalar, çox əhatəli kimyəvi əməliyyatlar nəticəsində parçalanaraq, yeni istehsal prosesləri üçün, xammal halına gətirilərlər. Beləliklə də, artıq yeni sahələrdə istifadə edilə biləcəklər. Bu xammallara, təkcə sintez ediləcək zülalları meydana gətirəcək amin turşuları, hüceyrənin istənilən işində istifadə edəcəyi kimyəvi maddələr də daxildir.
Daxilində bu əməliyyatların icra edildiyi "lizosom" adlı orqanoid çox təkmilləşmiş bir kimya laboratoriyasını xatırladar. Lizosomda təxminən 36 müxtəlif ferment, müxtəlif qida maddələrinin həzm olunması üçün vəzifə yerinə yetirər. Məsələn, zülalların həzm olunması üçün 5, nuklein turşuları üçün 4, polisaxaridlər üçün 15, lipidlər üçün 6, üzvi sulfatlar üçün 2, üzvi fosfatlar üçün 4 ayrı ferment fəaliyyət göstərər. Tək bir fermentin belə kimyəvi quruluşu, fiziki xüsusiyyətləri, gördüyü mürəkkəb işlər və inanılmaz əməliyyat sürəti düşünülsə, 36 müxtəlif fermentin təxminən 1 mikronluq (millimetrin mində bir hissəsi) bir orqanoiddə vəzifə yerinə yetirməsinin nə qədər böyük möcüzə olduğu daha yaxşı aydın olar. Bu qədər güclü öyüdənlərin belə uyğunluq içində, hüceyrəyə və bir-birlərinə heç vaxt zərər vermədən işləyərlər.

 

Hüceyrədaxili nəqliyyat
Hüceyrə daxilində çıxarılan məhsulların və bu məhsulların xammallarının nəqli də; "endoplazmatik şəbəkə" adlı kanallar sayəsində təmin edilər. Zülal sintez edən ribosomlar da ümumiyyətlə bu nəqliyyat xəttinin yaxınlığında yerləşdirilmişdir. Eynilə fabriklərin xüsusilə avtomobil və dəniz yolu əlaqələrinə yaxın yerlərdə yerləşdirilmələri kimi.

Hüceyrənin paketləmə sistemi
Hüceyrə daxilindəki hər incəliyin böyük ağıl nəticəsində diqqətlə yaradıldığı ortadadır. Bunun yeni bir nümunəsini, hüceyrə daxilindəki "paketləmə müəssisələri"nə nəzər saldığımızda görə bilərik.

Müasir ticarət və sənayedə, istehsa olunan bir məhsul üçün, ən mühüm problemlərdən biri onun paketləşdirilməsi, digəri isə, istehlakçıya çatdırılmasıdır. Xüsusilə qida sənayesində məhsulun korlanmadan uzun müddət tab gətirəcək şəkildə paketləşdirilməsi zəruridir. Müasir texnologiya bu problemlərə ancaq son bir neçə on ildə çıxış yolu tapa bilmişdir. Buna baxmayaraq, hüceyrələrdə üstün bir paketləmə, çatdırma və toplama sistemi bəşər oğlunun yaradıldığı andan bəri minlərlə ildir ki, milyardlarla insanın hər birinin trilyonlarla hüceyrəsində hər an işləyir.

Bu paketləmə işini holci cisimciyi adlı bir hüceyrə orqanoidi yerinə yetirir. İfraz olunan maddələri toplayıb, kiçik vakuollar halında paketləşdirilməsini təmin edər. Paketləşdirilən bu maddələr ehtiyaca görə ya ehtiyyatda saxlanılır, ya da kənarlaşdırılır.